Tariximiz


Başlanğıcı qədim zamanlardan, əcdadlarımızın ilk dəfə bu bənzərsiz içkinin dadına baxdığı andan götürmüşdür.

 

Həmin andan da o, bəşəriyyətin ən xoş və ləzzətli təamlarından birinə çevrilmişdir. Ənənələrinə sadiq qalan hər bir xalqın şərab haqqında öz tarixi, daha doğrusu, tarixçəsi var.

 

Tarixçəmiz

... bu minvalla hökmdar xəracı Böyük olan İsgəndərə qızılla deyil, şərabla ödəyəcəyini təklif etdi. Nəfis şərabın insanlara bəxş etdiyi sevinc qızıldan da dəyərli idi.

Böyük İsgəndərin Bərdə yürüşü haqqında rəvayətdə belə deyilir. Qızıla bərabər tutulan üzüm və ondan əldə olunan şərab bərəkətl torpaqlarımızın yetişdirdiyi əfsanəvi nemətlərdəndir. Bunu Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar da sübut edir.

İtalyan arxeoloqu Lorenso Konstantin qeyd edir ki, Şomutəpə ərazisində tapılan üzüm tumları hələ çox-çox erkən dövrlərdən bu yerlərdə üzümçülüyün inkişafından söz açır. Qazaxda Üzürlüktəpə və Kültəpədə aşkarlanan qalıqlar da bizim eradan əvvəl ikinci minilliyin əvvəllərində vətənimizdfə üzümçülük mədəniyyətinin formalaşmasından xəbər verir.


Üzüm salxımlarının bir qismi torpağın dərinliklərindəqurumuş və ya yarıçürümuş halda qalmışdır. Tez-tez baş verən yanğınlarda böyük hissəsi kömürləşən üzüm məhlulu gil qablarda saxlandığından öz forma və öıçülərini qoruya bilirdi. Ağdam yaxınlığındakı Üzərliktəpədə. Xanlar rayonunda, Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji qazıntılar zamanı da həm üx\züm toxumları, həm də şərabçılıqda istifadə edilən daş əmək alətləri aşkar edilmişdirş Haqqında danışılan tapıntılar hələ bürünc dövründə üzümçülüyün bu ərazilərdə məskunlaşan tayfaların məişətində əhəmiyyətli rol oynadığını iddia etməyə tam əsas verir. Həmin toxumların  3 min ildən çox yaşı var. Mütəxəssislər bu toxumlardan yetişən üzüm gilələrinin ölçülərini də müəyyən edə bilməmişlər. Onların nəticələrinə görə toxumun uzunluğu 6,5 mm müvafiq olaraq gilələrin ölçüsü isə 18-20 mm olmuşdur.

 

Gəncəçay ətrafında da aparılan arxeoloji qazıntılar zamanı həmin regionda yaşayan insanların bağçılıq və üzümçülüklə məşğul olduğu sübuta yetirimişdir. Bürünc dövrünün son çağına aid kurqanda tapılan gil Kuzələrdə daşlaşmış ərzaq qalıqları aşkar edilmişdir. Kimyəvi analız bu qalıqları üzüm şərabı olduğunu üzə çıxarmışdır. qalıqlarda qalıqlarda tapılan toxumlar da bunu bir daha təstiqetmişdir. Xalar rayonu ərazisindəki Yaloylutəpə məqbərəsində aparılan qazıntılarda daşlaşmış ərzaq qalıqları və şərab saxlanılan qablar aşkar edilmidir. Bu tapıntılar da bürünc dövrünün son çağına aid edilir. O dövrün insanları mərhumlarını dəfn edərkən yanlarına məişət alətləri ilə yanaşı şərabla dolu kuzələr də qoyurlarmış. Qədim inanclara görə mərhumlar ölümdən sonrakı həyatda bunlardan yararlana biləcək. Arxeoloqlar şərab qalıqları və kuzələrlə birgə bağçılıq və xüsusən də üzümçülükdə istifadə edilən kərki, bıçaq, üzüm presləyən daşlar, dəhrə kimi əmək alətləri də aşkar edirdilər.

 

Şərur rayonu ərazisindəki qıvraq və Şahtaxtlı-Qarabağlar kəndlərində, Qalaçıq və Kültəpə yaşayış məntəqələrində torpağın dərin qatlarından şərab istehsalında istifadə edilən press daşları çıxarılmışdır. Bu daşların hər birinin ortasında dərin, kənarına doğru isə incə uzun oyuqlar vardı. Dərin oyuqda preslənən üzüm açıq rəngli şərab şəklində incə oyuqdan süzülüb axirdı.

 

Bu tapıntılar bir daha adları çəkilən bölgələrdə hələ e.ə. II minillikdə üzümçülüyün geniş inkişafından xəbər verir. Həmin dövrə aid digər nadir tapıntı isə 1982-ci ilin arxeoloji qazıntıları zamanı Tərtər rayonunun Borsunlu kəndində aşkar edilən gil qabdır. Dibindı Dəlik olan bu qabın üzümün sıxılması, preslənməsi üçün istifadə olunduğu subut edilmişdir.

 

Azərbaycanın demək olar ki bütü ərazisi üzüm yetişdirilməsi baxımından münbit sayılır. Bu səbəbdən də ibtidai insalar belə. ovçuluq və balıqçılıqla bərabər, yabanı giləmeyvələri. meyvələrin, o cümlədən üzümün yetişdirilməsi ilə məşğul olurdu. Bu, onlara keyfiyyətli və ləzzətli ərzaqlarla qidalanmağa imkan verirdi.

 

Azərbaycan və başqa ölkələrin üzümçülük tarixi maraqlı hadisə və faktlarla zəngindir. Makedoniyalı İsgəndərin ordusu Bərdəni Mühasirəyə aldıqda, onunla Nüşabə arasında bağlanmış anlaşmaya sasən yerli əhalidən yığılan xəracın bir hissəsi şərabla əvəz edilmişdir. Assuriya kitabələrində də qədim Midiyanın şimal-qərb rayonlarında xəracın müxtəlif qida məhsulları və şərabla odənilməsinə dəlalət edən qeydlər vardır. Eramızdan əvvəl 714-cü  ildə başqa Sarqon olmaqla Urartuya yörüş edən assuriyalıların Mannada və şərabla qarşılandığı da bir faktdır.

 

Ölkəmizin ərazisində üzümçülüyün inkişafını bir sır qadim dövrün alim və tarixçiləri də təstiq etmişlər.Eramızdan əvvəl V əsrdə yaşamış yunan Herodot müassir Azərbaycanın ərazisində yetişdirilən üzümdən bəhs edərək yazırdı: "Bu uerlərdə yetişən üzümün bolluğu və keyfiyyəti hətta İran. Babilistan və Yunanıstanda da məşhurdur."

 

Azərbaycanın təbii sərvətləri və bu ərazidə yaşayan insanların torpağı becərmə bacarığından heyrətə gələn roma alimi Böyük Pliniy (e.ə. 79-23-cü illər) yazırdı: "Mən heç yerdə belə ləzzətli üzüm yeməmişəm. Bu xalq torpağı misirlilərdən daha yaxşı emal edə bilir."

Qədim Azərbaycan əhalisinin təsərrüfat fəaliyyətindən bəsh edən məşhur yunan alimi Strabon da (e.ə. I əsr-b.e. I əsri) üzümçülüyün əhəmiyyətini vurğulayırdı: "Qafqaz Albaniyasıda üzümlüklərin üstü örtülmür, hər 5 ildən bir salxımların ucları kəsilir, yeni əkilmiş meynəliklər isə artıq ikinci il bar verir. Köhnə meynəliklərin verdiyi bar isə o qədər çox olur ki. yarısı yığılmamış qalır."



XIV əsrin ikinci yarısı - XV əsrin əvvəllərində dahi Azərbaycan tarixçisi və coğrafiyaşünası Əbdürrəşid Bakuvi öz əsərlərində Bakıda və onun ətraf ərazilərində yetişdirilənüzümdən və üzümçülüyün əhəmiyyətindən xəbər verirdi.


Üzümün ən gözəl növləri çoxsaylı tacir və səyyahlar vəsitəsilə xarici ölkələrə aparılırdı. XVII əsrdə yaşamış məşhur coğrafiyaşünas alim Adam Oleari ilk üzümün Həştərxana məhz azərbaycanlı, daha dəqiq, şirvanlı tacirlər tərəfindən A.Oleari bu ərzilərdə 600-dən çox üzüm sortunun mövcudluğunu qeyd edirdi.



1647-1649-cu illərdə Azərbaycana səyahət etmiş böyük türk səyyahı Evliya Çələbi özünün 10 cildlik "Səyahət" əsərində safər etdiyi bütün ölkələr haqqında ətraflı məlumat vermişdir. O, bu əsərdə Azərbaycan şərablarının bənzərsin dadından da bəhs etmişdir.



XIX əsrin əvvəllərindəazərbaycanın Rusiya bazarlarına çıxması şərabçılığın yenidən dirçəlməsinə yol açdı. sovet dönəmində isə iqtisadiyyatın bu sahəsi çox sürətlə inkişaf etdirildi.

 

Azərbaycanın təbii iqlim şəraiti uzun əsrlər boyu burada üzümçülük və şərabçılığın inkişafına şərait yaradan əsas amillərdəndir. Burada üzümün ən şəkərli, ən erkən və ən uzunömürlü növlərini yetişdirmək mümkün olmuşdur.

 

Bizim ölkədə rəqabətə davamlı, yüksək keyfiyyətli şərabların istehsalı üçün geniş imkanlar mövcuddur. Bu, uzun illər ərzində ölkəmizdə müxtəlif üzüm növlərinin seçilməsi, kultivasiyası və təkmilləşdirilməsi ilə bağlıdır. Yerli üzüm və şərablara hər zaman bir sıra məşhur şəxsiyyətlər - səyyahlar, alimlər, dövlət  adamları tərəfindən yüksək qiymət verilmişdir.


1936-cı ildə Bakıda səfərdə lan tanınmış rus yazıçısı Maksim Qorki yerli şərabın dadıda heyrətini gizlətməmişdir. Onun bu şərabdan ilham alaraq söylədiyi "badələrdən bərq vuran gönəşin şüalarını içən xalqın şərəfinə" hələ də hafizələrdədir. Necə də sərrast deyilmiş ifadədir! Aydındır ki, günəş şüaları olmasa ləzzətli üzüm də yetişməz. Bizim respublikanın demək olar kiŞ bütün regionları səxavətli günəşin şüaları ilə boldur. Bu səbəbədn də burada yetiçən ən azşəkərli üzümün növəri belə süfrə şərabları və üzüm şirələri üçün yararlıdır.


Azərbaycanda çox sayda üzüm növləri yetişdirilmişdir. Onlar öz adlarını əksər hallarda malik olduğu bu və ya digər xüsusiyyətə uyğun almışdır. Məsələn, rənginə görə: (qara, ağ, sarı, sarıgilə, bənövşəyi, göygəzəndən, qarasərmə və s.); keyfiyyətinə,dadına, rayihəsinə görə (gilabi, kişmişi, şəkəri, təmbəi, şirəyi, kərimqəndi); giləsinin ölçüsünə görə (quşurəyi, misqalı, yülküquyruğu, dəvəgözü, tüləğözü, keçiməməsi-inəkəmcəyi, gəlinbarmağı-xatınbarmağı); toxumlarının böyüklüyü  və salxımlarının formasına görə (sapdadurmaz, haçabaş, bəndi, təbərzə). Bir sıra üzüm növlərinə isəyetişdirildikləri yerlərə uyğun adlar verilmişdir: "Beyləqani", "Təbrizi", "Şabranı", "Dərbəndi". "Ordubadi". "Şirvanşahı", "Tatlı", "Mərəndi", "Mədrəsə", "Şahtaxtı" və s. Dünyada "Şirvanşahı" növü ilə rəqabətə girə biləcək üzüm sortu axtarmaq əbəs bir işdir.Bu növdən hazırlanan "Kürdəmir kaqoru dünyanın sayılan şərab növləri siyahısına daxil olmuşdur. Bununla birgə, ölkəmizdə bu və ya digər üzüm sortunu yetişdirən inanların şərəfinə adlandırılmış növlər də az deyil. "Xəlili", "Hüseyni", "Əskəri", "səkinə xanım", "Muxtarı", "Ağadayı", "Mələk" növləri bu deyilənlərə sübütdur. Təcrübəli Azərbaycan üzümçüləri yerli üzüm növləri ilə yanaşı. digər ölkələrdən gətirilmiş növləri də ustalıqla yetişdirə bilmişlər. Onların arasında Gürcüstandan gətirilmiş "Rkatsiteli", "Tavkeri"; Krımdan gətirilmiş "Muskat", "Berdo", "Pino"; Avropadan gətirilmiş "Kaberne", "İzabella", "Risling", "Aliqote", növlərinin adlarını xüsusilə qeyd etmək olar. Bu növlərin yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi öz bəhrəsini vermişdir.

 

Qədim zamanlardan Xəzərin sahilləri üzümçülüyün geniş inkişaf etdiyi  ərazilər kimi tanınırdı.

Azərbaycan tarixinin  bütün mərhələlərində üzümçülük xüsusi çəkiyə malik bir sahə olmuşdur. Ancaq onun sənaye istehsalı miqyasında inkişafı XX əsrin 70-ci illərinə aiddir. "Primorks" şərab zavodu da elə həmin dövrdə istifadəyə verilmiş və fəaliyyətə başlamışdır. "Primorsk" zavodu mənzərəsi, mikroiqlim şəraiti ilə göz oxşayan Böyük Həmyə kəndinin yaxınlığındakı vadidə, yerli və yabancı üzüm növlərinin yetişdiyi plantasiyaların tam mərkəzində yerləşir.