Haqqımızda


 \Həmya vadisi şirkətinin qurulduğu, təcrübə topladığı, öz tarixçəsini yaradaraq Azərbaycan şərabçılığının tarixinə daxil olduğu bir yerdir.
 
 Ümummilli lider Heydər Əliyevin böyük səyləri. uzaqgörən iqtisadi siyasəti nəticəsində ölkəmizdə digər sahələr kimi üzümçülük və şərabçılıq özünün ən yüksək inkişaf mərhələsinə daxil olmuşdur. 11 fevral 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikası Regionlarının  2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə ölkə şərabçılarına qədim  ənənələrin yeni prespektivlərini açmağa imkan yaratmışdır.
 
 XX əsrin 70-ci illərində Primorsk Şərab Zavodu kimi fəaliyyətə başlayan müəssisənin bazasında rekonstruksiya edilərək CASPİAN COAST WINERY&VINEYARDS şirkəti quruldu. 2009-cu ildə köhnə avadanlıqlar Avropa standartlarına uyğun dəyişdirilərək, yeni və müasir tipli avadanlıqlarla əvəz olundu. İndi bu sexlər ildə 7 min tona qədər üzüm emal etməyə şərait yaradır.